Balakəndə MMC-nin ofisindəki seyfi yarmaq istəyən şəxs saxlanılıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Balakəndə MMC-nin ofisindəki seyfi yarmaq istəyən şəxs saxlanılıb - FOTO

Qafar Ağayev08:56 - 26 / 01 / 2022
Balakəndə MMC-nin ofisindəki seyfi yarmaq istəyən şəxs saxlanılıb - FOTO

Balakən Rayon Polis Şöbəsinə şəhər ərazisində yerləşən “Balacans Agro Food” MMC-nin ofisindən oğurluğa cəhd edilməsi ilə bağlı müraciət daxil olub. Bildirilib ki, qanunsuz olaraq ofisə daxil olan naməlum şəxs(lər) oradakı seyfi yarıb, içərisindəkiləri oğurlamaq istəyib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan 1news.az-ın verilən məlumata görə, məlumat daxil olan kimi dərhal polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb, hadisə yerində zəruri istintaq hərəkətləri icra edilib. Qısa zamanda “isti izlər”lə keçirilmiş tədbirlər nəticəsində qeyd edilən cinayət əməlini törətməkdə şübhəli bilinən rayonun Sarıbulaq kənd sakini Ramazan Abdullayev saxlanılıb.
Aparılmış ilkin araşdırmalar zamanı müəyyən edilib ki, R.Abdullayev gecə saat iki radələrində zavoda hasardan dırmaşaraq daxil olub və ilk öncə təmir-tikinti alətlərinin saxlanıldığı yerə gəlib. Seyfi yarmaq üçün özünə lazım olan alətləri götürdükdən sonra pəncərədən ofisin içərisinə daxil olub. Bir neçə dəfə seyfi sındırmağa cəhd göstərsə də, lakin o, niyyətini həyata keçirə bilməyib. Məqsədinə çatmadıqda isə qaçaraq oradan uzaqlaşıb və yaşadığı ünvana geri qayıdıb. R.Abdullayev ifadəsində ötən ilin avqust-noyabr aylarında həmin MMC-də işlədiyi üçün oranı yaxşı tanıdığını və seyfin yerini əvvəlcədən bildiyini qeyd edib.
Faktla bağlı Balakən Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Paylaş:
452

Son xəbərlər

Prezident Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB 2Bu gün, 17:52Azərbaycanın “Olivea” Brendi Beynəlxalq Arenada İrəliləyir: İxracda Uğurlu AddımlarBu gün, 17:46Azərbaycan Ordusunun Baş Qərargah rəisi Romada NATO Müdafiə Kollecində olubBu gün, 17:39Ali Məhkəmənin sədri Qırğızıstanda səfərdə olubBu gün, 17:37Azərbaycan Səudiyyə İnkişaf Fondu ilə əlaqələri genişləndirmək istəyirBu gün, 17:29“Youtube” şirkətinin həmtəsisçisi Bakıda sammitdə iştirak edəcəkBu gün, 17:16İlham Əliyev Xankəndidə Qarabağ Universitetinin tələbə yataqxanasının təmirdən sonra açılışında iştirak edibBu gün, 17:09Bakıda Orta Dəhliz ölkələrinin vahid assosiasiyasının yaradılması müzakirə olunduBu gün, 16:40Bakının Ələsgər Qayıbov küçəsində avtomobillə hərəkət tam məhdudlaşdırılacaqBu gün, 16:27Nərimanov rayon prokurorluğunun yeni binasının açılışı olubBu gün, 16:21QAİ ABŞ Konqresində keçirilmiş dinləmələrdə ölkəmizin əleyhinə səsləndirilən ittihamlarla bağlı bəyanat yaydıBu gün, 15:58“İnstagram”da qumarla kibercinayətkarlıq edən şəbəkə ifşa olunub, 9 nəfər tutulub - FOTOBu gün, 15:33Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycanın Dövlət Suverenliyi gününü təbrik edibBu gün, 15:08Bakıda azyaşlıya qarşı zorakılıq edən şəxs işdən çıxarıldı - VİDEOBu gün, 14:58Birinci Qarabağ müharibəsinin şəhidi Tərlan Rüstəmovla vida mərasimi keçirilibBu gün, 14:55Səhiyyə Nazirliyi Zəngilanda ağciyər xəstəliklərinin erkən aşkarlanması ilə bağlı tibbi baxışlar keçiribBu gün, 14:34Sumqayıtda Birinci Qarabağ müharibəsinin şəhidi Səfəralı Səfərov dəfn edilibBu gün, 14:25Sükan arxasında yuxusuzluq növbəti dəfə faciəvi sonluqla bitdiBu gün, 14:23Cahit Bağçı Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edibBu gün, 14:01Xəzərdə balıq ovu qaydalarını pozan şəxslər saxlanılıbBu gün, 13:45
Bütün xəbərlər