Samsung-dan əla xəbər! Yeni Galaxy S21 FE artıq satışdadır - FOTO
Galaxy S21 FE modelinin ən mühüm cəhəti, sərfəli qiymətlə flaqman xüsusiyyətlərini özündə birləşdirməsidir.
Yeni smartfon 155,7×74,5×7,9 mm ölçüsündə buraxılıb. Cihaz kifayət qədər böyükdür, lakin əldə yaxşı oturur və istifadəsi çox rahatdır. Günümüzdə ki, standartlara görə smartfon heç də ağır deyil, cəmi 177 qram çəkiyə malikdir. S21 FE-də bütün səthlər - həm yan çərçivə, həm də korpusun arxa hissəsi - parlaq deyil, mat çalarlardadır. Smartfonu əldə edərkən bir neçə rəngdən birini seçə bilərsiniz: yaşıl (zeytunu), bənövşəyi (yasəmən), qara və ağ. Həmçinin, korpus IP68 standartına uyğun olaraq su və toz keçirməməzliyə malikdir (cihaz 30 dəqiqəyə qədər suyun 1,5 metrə qədər dərinliyində qala bilir). Smartfonun zahiri görünüşü maraqlı elementlə - kamera linzalarının yerləşdiyi çərçivə ilə tamamlanır.
Samsung Galaxy S21 FE üçlü kamera dəsti ilə təchiz olunub:
• 12 MP, f/1.8, Dual Pixel PDAF, OIS (əsas)
• 12 MP, f/2.2, 123˚ (ultra geniş)
• 8 MP, f/2.4, PDAF, OIS, 3 qat optik böyütmə (uzun fokuslu)
Əsas kamerada təkmilləşdirilmiş Dual Pixel PDAF fazalı avtofokus və optik stabilizator quraşdırılmışdır. Obyektiv hətta ən parlaq günəş şüaları altında belə düzgün rəng ötürülməsi ilə yüksək detallı və keyfiyyətli şəkillər yaradır. Ultra geniş linza ilə 120 dərəcə baxış bucağı ilə təsvirlər qeydə alır. Həmçinin burada "3x hibrid optik böyütmə (3x Hibrid Optik Zoom)" ilə çəkiliş aparan üçüncü modul da yer almışdır. Obyektivin maksimum böyütmə dəyəri 30× (Space Zoom) təşkil edir. Smartfon maksimum 4K-da 60 və 30 kadr sürətlə video çəkə bilir.
Smartfonun Dynamic AMOLED 2X, 411 ppi, ekranı Corning Gorilla Glass Victus ilə örtülmüşdür və onun ölçüləri 6,4”, 1080x2400 piksel (20:9) təşkil edir. Burada yeniləmə sürəti 120 Hz, parlaqlıq isə 1200 nit-ə çatır. Ekran parametrlərində, istəyinizdən asılı olaraq, 120 Hz-ə yeniləmə tezliyini aktivləşdirə və ya söndürə bilərsiniz.
Ekran matrisindəki yuvarlaq dəliyin arxasında isə ön kamera yerləşdirilmişdir. Selfie kamerası (32 MP) yüksək dəqiqliyə malik, kölgələrin və işıqlandırmaların detallı işlənməsi ilə parlaq, əla keyfiyyəti və kəskin şəkillər yaradır. Portret rejimində proqram obyekti aydın şəkildə təsvir edərək, fonu yumşaq bir şəkildə bulandırır. Barmaq izi skaneri də displey üzərində yer alaraq, ekran şüşəsinin altında quraşdırılıb. Daktiloskopik sensor optikdir, tez və dəqiq işləyir. Smartfonun aşağı hissəsində yerləşən yuvaya yalnız iki Nano-SIM kart üçün nəzərdə tutulub ki, burada microSD yaddaş kartının istifadəsi mümkün deyil.
Samsung Galaxy S21 FE səkkiz nüvəli Qualcomm Snapdragon 888 tək kristallı sistemi ilə təchiz olunub, qrafik prosessorun rolunu isə burada Adreno 660 GPU yerinə yetirir. Sözü gedən bu çipset çox sürətlidir və önümüzdəki, bir neçə il üçün işləmə gücü ehtiyatına malikdir. Burada operativ yaddaşın həcmi 6 QB, daxili yaddaşın həcmi isə 128 QB təşkil edir. Smartfon həmçinin 4500 mAs tutumlu daxili Li-Ion batareya ilə təchiz olunmuşdur.
Samsung Galaxy S21 FE haqqında əlavə məlumatı Samsung-un rəsmi internet saytından və Baku Electronics, Irşad, Kontakt Home, Maxi.az, Soliton və Optimal mağazalar şəbəkəsində əldə bilirsiniz. Əlavə olaraq, The Galaxy S21 FE smartfonlarını artıq rəsmi distributorlardan əldə edə bilərsiniz.
Reklam hüququnda