Ötən gün Azərbaycanda 29515 vaksin vurulub - STATİSTİKA | 1news.az | Xəbərlər
Cəmiyyət

Ötən gün Azərbaycanda 29515 vaksin vurulub - STATİSTİKA

Qafar Ağayev16:44 - 27 / 01 / 2022
Ötən gün Azərbaycanda 29515 vaksin vurulub - STATİSTİKA

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 29 515 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 565, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 201, buster doza üzrə vaksinasiya olunanların sayı isə 24 749 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 905 588, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 222 566, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 736 905, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 946 117 təşkil edir.

Paylaş:
686

Son xəbərlər

Bütün xəbərlər