Bakıda daha bir məktəb distant tədrisə keçib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda daha bir məktəb distant tədrisə keçib

Qafar Ağayev10:41 - 28 / 01 / 2022
Bakıda daha bir məktəb distant tədrisə keçib

Paytaxtdakı 26 nömrəli tam orta məktəbin fəaliyyəti yanvarın 28-dən distant təhsil formasında davam etdirilir.

1news.az xəbər verir ki, Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən COVID-19 infeksiyasına yoluxma və qarşılıqlı təmas halları ilə bağlı 26 nömrəli tam orta məktəbdə əyani tədris prosesinin 7 gün müddətinə distant təhsillə əvəz olunmasına qərar verilib.

Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur və müvafiq qaydaların icrası ilə bağlı mütəmadi monitorinqlər aparılır.

Paylaş:
461

Son xəbərlər

Bütün xəbərlər