DİN Bakıda Türkiyə bayrağına hörmətsizlik edən şəxslə bağlı araşdırmalara başlayıb - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

DİN Bakıda Türkiyə bayrağına hörmətsizlik edən şəxslə bağlı araşdırmalara başlayıb - VİDEO

S.Xankişiyeva16:44 - 29 / 01 / 2022
DİN Bakıda Türkiyə bayrağına hörmətsizlik edən şəxslə bağlı araşdırmalara başlayıb - VİDEO

Daxili İşlər Nazirliyi Bakının Nizami rayonunda dalğalanan Türkiyə bayrağını kəsən şəxslə bağlı araşdırmalara başlayıb.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

"Hadisə barədə məlumatlıyıq, araşdırma aparılır",- deyə polis mayoru bildirib.

Xatırladaq ki, sosial şəbəkələrdə Bakının Nizami rayonu, metronun "Qara Qarayev" stansiyasının yaxınlığında naməlum şəxsin əlindəki bıçaqla yolun kənarında dalğalanan Türkiyə bayrağının ipini kəsməsi barədə video yayılıb.

Paylaş:
822

Son xəbərlər

Bütün xəbərlər