Suraxanıda tapılan iki meyitlə bağlı cinayət işi başlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Suraxanıda tapılan iki meyitlə bağlı cinayət işi başlanılıb

S.Xankişiyeva11:42 - 29 / 01 / 2022
Suraxanıda tapılan iki meyitlə bağlı cinayət işi başlanılıb

Suraxanı rayonunda tapılan iki meyitlə bağlı cinayət işi başlanılıb.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Suraxanı Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, yanvarın 29-u saat 01 radələrində Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi “V” yaşayış sahəsi bina 012E, mənzil 98 ünvanında 1972-ci il təvəllüdlü İlham Həsənovun meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bundan başqa, həmin binanın qarşısındakı asfalt örtük üzərində 1997-ci il təvəllüdlü Fuad Mayılovun meyiti aşkar edilib.

Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

İlham Həsənovun meyitinin müayinəsi zamanı onun üzərində deşici-kəsici alətlə törədilməyə xarakterik çoxsaylı xəsarətlər, Fuad Mayılovun meyitinin üzərində isə hündürlükdən yıxılmaya xarakterik çoxsaylı sınıq xəsarətlərinin olması müəyyən edilib.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda hadisənin təfərrüatlarının tam, hərtərəfli və obyektiv araşdırılması istiqamətində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Paylaş:
445

Son xəbərlər

Bütün xəbərlər