Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Baltikyanı ölkələrdə rəsmi səfərdə olacaq
Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti fevralın 1-dən 7-dək Latviya, Litva və Estoniya respublikalarında rəsmi səfərdə olacaq.
1news.az xəbər verir ki, nümayəndə heyətinin tərkibinə Latviya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Kamran Bayramov, Litva ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nəsib Məhəməliyev, Estoniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Jalə Əhmədova, deputatlardan Rəşad Mahmudov, Elnur Allahverdiyev, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.
Səfər çərçivəsində Milli Məclisin sədri bu ölkələrin parlament sədrləri, parlamentlərarası dostluq qrupları və digər rəsmi şəxslərlə də bir sıra görüşlər keçirəcək, qarşılıqlı əlaqələrimizin gələcək inkişaf perspektivləri barədə fikir mübadiləsi aparacaq.