Millət vəkili: “Yol olsa, parlamentə velosipedlə gələcəm” | 1news.az | Xəbərlər
Cəmiyyət

Millət vəkili: “Yol olsa, parlamentə velosipedlə gələcəm”

13:30 - 01 / 02 / 2022
Millət vəkili: “Yol olsa, parlamentə velosipedlə gələcəm”

“Son zamanlar tariflərin, cərimələrin artırılması dəbə minib.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu bu gün Milli Məclisin yaz sessiyası çərçivəsində keçirilən ilk plenar iclasında “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deputat Razi Nurullayev bildirib.

O deyib ki, pandemiya fonunda yeni cərimələr, tariflər narazılıq yaradır: “Sürücü üçün parklanma yeri yoxdursa, hansı haqla onu cərimə edə bilərik? Velosiped yollarından danışılır, ancaq yollarda saatlarla tıxacda qalırıq. Velosiped yolu ancaq bulvardadır. Velosiped yolu olsa, parlamentə velosipedlə gələcəm”.

1news.az

Paylaş:
486

Son xəbərlər

Bütün xəbərlər