Ötən gün neçə nəfər toya buraxılmayıb? - DİN açıqladı | 1news.az | Xəbərlər
Cəmiyyət

Ötən gün neçə nəfər toya buraxılmayıb? - DİN açıqladı

Qafar Ağayev09:17 - 01 / 02 / 2022
Ötən gün neçə nəfər toya buraxılmayıb? - DİN açıqladı

Yanvarın 31-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 61 toy şənliyinin monitorinqini həyata keçirib.

DİN mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, monitorinq 60 şadlıq sarayında, 1 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 1 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 2 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Paylaş:
486

Son xəbərlər

Bütün xəbərlər