The Ritz-Carlton, Baku - Yeni lüks standartın nümünəsi, Odlar yurdu Azərbaycanda tezliklə fəaliyyətə başlayacaq - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

The Ritz-Carlton, Baku - Yeni lüks standartın nümünəsi, Odlar yurdu Azərbaycanda tezliklə fəaliyyətə başlayacaq - FOTO

Qafar Ağayev11:40 - 01 / 02 / 2022
The Ritz-Carlton, Baku - Yeni lüks standartın nümünəsi, Odlar yurdu Azərbaycanda tezliklə fəaliyyətə başlayacaq - FOTO

Bakıda möhtəşəm şəhər mərkəzində yerləşməsi ilə yanaşı, misilsiz xidmət və üslub vəhdətini təklif edən dəbdəbəli otel yaxında fəaliyyətə başlayacaq. Azərbaycanın dinamik paytaxtının mərkəzində yerləşən The Ritz-Carlton, Baku 190 geniş otaq, lüks mənzillər, şəhərin ən geniş prezident otağı və əfsanəvi Ritz-Carlton xidmətinə malikdir.

Oteldə həmçinin dünya səviyyəli tədbirlər və görüş zalları mövcuddur. Geniş və cəlbedici Şuşa Zalı müxtəlif növ qəbullar, işgüzar görüşlər və ya zərif qala gecələri üçün müstəsna məkandır. Təbii günəş şüaları ilə işıqlanan foye və əsrarəngiz bağcası qonaqların qarşılaması üçün mükəmməldir.

“Biz tezliklə gözəl Azərbaycana gələn bütün qonaqlara yüksək səviyyəli xidmət və müstəsna imkanlar təklif edə biləcəyimizə çox şadıq. Əfsanəvi memar Zaha Hadid tərəfindən layihələndirilmiş Bakının müasir memarlıq simvolu olan- Heydər Əliyev Mərkəzinin qarşısında yerləşməyimizdən qürur duyuruq.

Bizim Xanımlar və Cənablar qonaqlarımızı qarşılamağı və əfsanəvi The Ritz-Carlton, Baku xidmətini, habelə Azərbaycanın zəngin mədəniyyətini əks etdirən səyahət təcrübələri təqdim etməyi səbirsizliklə gözləyirlər” – Tino Lindner, The Ritz-Carlton, Baku-nun Baş Meneceri deyir.

Oteldə həmçinin Club Lounge, iki qapalı hovuzu olan Spa, fitnes mərkəzi və gənc səyahətçilər üçün nəzərdə tutulmuş Ritz Kids proqramı fəaliyyət göstərəcək.

The Ritz-Carlton, Baku-da sizə fərqli qastronomik səyahət bəxş edəcək. Klassik Nyu-York və müasir Kaliforniya mətbəxlərindən ilhamlanmış menyu ilə, The Maddox əsl Amerikan üslublu Brasserie, Bar və Terrasdır. The Maddox Bakının əyləncə abu-havasına yeni nəfəs qataraq istənilən fəsilin ən dinamik məkanı kimi fəaliyyət göstərəcək.

Blind Tiger müasir gizli bardır. Bura Bakının xüsusi kokteyllərin ən yaxşı spirtli içki seçimi ilə qarışdırıldığı unikal bardır.

2022-ci ilin ikinci yarısında fəaliyyətə başlayacaq olan The Ritz-Carlton, Baku zərif Ritz-Carlton xidməti ilə lüksün yeni ünvanıdır.

Reklam hüququnda

Paylaş:
1110

Son xəbərlər

Bütün xəbərlər