Prokurorluq Yevlaxda baş verən partlayışla bağlı məlumat yayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Prokurorluq Yevlaxda baş verən partlayışla bağlı məlumat yayıb

S.Xankişiyeva12:52 - 02 / 02 / 2022
Prokurorluq Yevlaxda baş verən partlayışla bağlı məlumat yayıb

Fevralın 1-i saat 22 radələrində Yevlax rayonu ərazisində Kəlbəcər rayon sakini, 1996-cı il təvəllüdlü İsmayıl Mikayılovun çoxsaylı qəlpə yarası alması nəticəsində ölməsi müəyyən edilib.

Yevlax rayon prokurorluğundan 1news.az-a verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla kənd-təsərrüfatı fəaliyyəti ilə məşğul olan İsmayıl Mikayılovun II Qarabağ Müharibəsi zamanı həmin əraziyə düşmüş kassetli bombanın partlaması nəticəsində aldığı xəsarətlərdən ölməsi ehtimal olunur.

Hazırda faktla bağlı Yevlax rayon prokurorluğunda araşdırma aparılır.

Mövzu ilə əlaqədar oxuyun:

Yevlaxda ermənilərin müharibə dövründə atdığı kasetli bomba partladı, çoban öldü

Paylaş:
400

Son xəbərlər

Bütün xəbərlər