“Qırmızı kitab”ın üçüncü cildi ilə bağlı heyvanların sayımı aparılır
""Qırmızı kitab"ın üçüncü cildinin hazırlanması ilə bağlı heyvanların sayılması aparılır”.
1news.az xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev deyib.
"Bu kitabın üçüncü cildinin 2023-cü ildə hazırlanması nəzərdə tutulur. Hazırda bu istiqamətdə işlər davam edir" .
"2022-ci ildə nəsli tükənməkdə olan heyvanların ovlanaraq ictimai iaşə obyektlərinə qida kimi verilməsi ilə bağlı halların sayı ötən illərə nisbətən azalıb. Belə halların qarşısını almaq üçün bu sahəyə ictimai nəzarətin gücləndirilməsi lazımdır" - deyə, F.Əliyev bildirib.
459