Xaricdə münaqişə zonalarında döyüşmüş 6 nəfər tutulub

2021-ci ildə terrorçuluğa qarşı mübarizə çərçivəsində xaricdə münaqişə zonalarında döyüşmüş 6 nəfər saxlanılıb.
1news.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətində (DSX) 2021-cu ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsində deyilib. Qeyd olunub ki, bu qəbildən olan daha 11 nəfər müəyyən edilib.
Müşavirədə o da bildirilib ki, narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 15, qaçaqmalçılıqla məşğul olan 5 mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib.
Bundan başqa, 71 nəfər sərhəd, 41 nəfər rejim pozucusu, 11 nəfər qeyri-leqal miqrant sərhədçilər tətəfindən müəyyən olnunraq saxlanılıb.
1news.az
458