Qubada oğurluq edən şəxs yaxalandı - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Qubada oğurluq edən şəxs yaxalandı - FOTO

Qafar Ağayev15:20 - 03 / 02 / 2022
Qubada oğurluq edən şəxs yaxalandı - FOTO

Baş Mühafizə İdarəsinin Quba Regional Mühafizə Şöbəsinin əməkdaşları rayon ərazisində oğurluq hadisələrini törətməkdə şübhəli bilinən şəxsi cinayət başında yaxalayıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan 1news.az-a verilən məlumata görə Mühafizə Şöbəsinin polis əməkdaşları axşam saatlarında xidmətdə olarkən bir nəfərin sərxoş vəziyyətdə “Əczaxana” və “Məktəbli ləvazimatları” mağazalarının şüşələrini qıraraq oğurluğa cəhd etdiyini görüblər. Dərhal hərəkətə keçən polis nəfərləri Xaçmaz rayon sakini Süleyman Nəsrullayevi saxlayaraq Quba Rayon Polis Şöbəsinə gətiriblər.

Araşdırmalar zamanı həmin şəxsin, rayon ərazisində bir neçə gün əvvəl də mağazalardan oğurluq hadisələri törətdiyi məlum olub.

Faktla bağlı Quba RPŞ-də araşdırma aparılır.

Paylaş:
428

Son xəbərlər

Bütün xəbərlər