BNA paytaxtın bu yol kəsişmələrində problemlər aşkarlayıb - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

BNA paytaxtın bu yol kəsişmələrində problemlər aşkarlayıb - VİDEO

Qafar Ağayev17:28 - 03 / 02 / 2022
BNA paytaxtın bu yol kəsişmələrində problemlər aşkarlayıb - VİDEO

Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxt ərazisində yol hərəkətinin təkmilləşdirilməsi, nəqliyyat şəraitinin yaxşılaşdırılması, sürücülərin və piyadaların təhlükəsizliyinin təmin edilməsi istiqamətində işlərini davam etdirir.

BNA-dan 1news.az bildirilib ki, mövcud problemlərin aradan qaldırılması üçün mütəmadi olaraq layihələr hazırlanaraq müvafiq tədbirlər görülür. Bu istiqamətdə həyata keçirilmiş layihələrdən biri də Yusif Vəzir Çəmənzəminli ilə Səməd Vurğun küçələrinin kəsişməsini, eləcə də Səməd Vurğun ilə Ak.Həsən Əliyev küçələrinin kəsişməsini əhatə edir.

"Qeyd olunan məsələ ilə bağlı Agentliyin mütəxəssisləri tərəfindən hər iki yol kəsişməsinə baxış keçirilmiş, ümumi nəqliyyat şəraiti təhlil edilmiş, sutkanın pik saatlarında nəqliyyat vasitələrinin say tərkibi öyrənilmiş, sadalanan problemlər aşkar edilmişdir:

• S.Vurğun və Ak.H.Əliyev küçələrinin kəsişməsində sola dönmə manevrinə icazə verilmədiyindən Ak.H.Əliyev küçəsinə istiqamətlənmək istəyən nəqliyyat vasitələrinin S.Vurğun ilə Y.V.Çəmənzəminli küçəsindəki mövcud geriyə dönmə yerindən istifadə etməsi;

• Konflikt nöqtələrinin mövcudluğu və sözügüdən yol kəsişməsinin həndəsi ölçülərinin xüsusilə uzunölçülü nəqliyyat vasitələrinin birbaşa geriyə dönmə manevrini yerinə yetirmələrinə imkan verməməsi səbəbindən yolayırıcında sıxlıq hallarının yaranması;

• Yol nişanlarının çatışmazılığı;

• nəqliyyat vasitələrinin qadağan olunmuş yerlərdə park edilməsi;

• piyada təhlükəsizliyinin və rahatlığının təmin edilməməsi.

Layihə çəçivəsində:

• Y.V.Çəmənzəminli və Səməd Vurğun küçələrinin kəsişməsində artan nəqliyyat intensivliyi və kəsişmədə olan ümumi nəqliyyat şəraiti nəzərə alınaraq, svetofor obyektləri quraşdırılmış, bununla da, konflikt nöqtələri aradan qaldırılaraq hərəkət növbəliliyi təmin edilmiş;

• S.Vurğun və Ak.H.Əliyev küçələrinin kəsişməsindən birbaşa sola icazə verilərək nəqliyyat vasitələrinin Y.V.Çəmənzəminli küçəsinə istiqamətlənib əlavə məsafə və zaman sərf etməsinin qarşısı alınmış, eləcə də Y.V.Çəmənzəminli küçəsindəki mövcud geriyə dönmə yerində nəqliyyat sıxlığı azaldılmışdır.

• Həmçinin, hər iki kəsişmədə müvafiq yol nişanları quraşdırılmış, kəsişmələrdə və kəsişmələrin yaxınlığında xaotik parklanmaya nəzarət gücləndirilmişdir.

Paylaş:
324

Son xəbərlər

MÜTDA təhsil müəssisələrinin istilik təminatı ilə bağlı məlumat yayıbBu gün, 11:17Abşeronda həyətyanı sahədən sursatlar tapılıb - FOTO - VİDEOBu gün, 11:12Ötən gün yanğınlar zamanı 5 nəfər təxliyə edilibBu gün, 10:27Sabah Xankəndidə tibbi aksiya keçiriləcəkBu gün, 10:20Mingəçevir su anbarında zəlzələ olubBu gün, 10:01BMT “ASAN xidmət”i 4 qitədə təşviq edəcəkBu gün, 10:00Ölkə ərazisindəki bəzi çaylarda sululuq artıbBu gün, 09:46AZAL-dan “Uçuran Cümə” kampaniyası: aviabiletlərə 30%-dək endirimBu gün, 09:39AMB 26 noyabra olan valyuta məzənnələrini açıqladıBu gün, 09:21Bakının sıxlıq olan küçə və prospektləri - SİYAHIBu gün, 09:18Prezident İlham Əliyev Donald Trampa zəng edibBu gün, 09:16Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10
Bütün xəbərlər