Bakıda meyiti quyuya atılmış 4 yaşlı qızın ölüm səbəbi məlum olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda meyiti quyuya atılmış 4 yaşlı qızın ölüm səbəbi məlum olub

S.Xankişiyeva12:29 - 03 / 02 / 2022
Bakıda meyiti quyuya atılmış 4 yaşlı qızın ölüm səbəbi məlum olub

Bakıda meyiti quyuya atılmış 4 yaşlı qızın ölüm səbəbi məlum olub.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, bu barədə 2018-ci il təvəllüdlü Məryəmin meyiti ekshumasiya edilib.

Məlum olub ki, M.Allahyarovanın ölüm səbəbi onun qonşuluqda yaşayan, 1990-cı il təvəllüdlü Mehman Mansurov tərəfindən müxtəlif vaxtlarda döyülməsi olub. Uşağın öldüyünü görən M.Mansurov onu quyuya ataraq üzərinə torpaq töküb.

Qeyd edək ki, faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

Paylaş:
448

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

05 / 07 / 2025, 12:16
Bütün xəbərlər