Küçədə 14 koronavirus xəstəsi saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Küçədə 14 koronavirus xəstəsi saxlanılıb

S.Xankişiyeva10:35 - 05 / 02 / 2022
Küçədə 14 koronavirus xəstəsi saxlanılıb

Fevralın 4-də polis əməkdaşları tərəfindən respublika ərazisində 14 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, polis əməkdaşları "COVİD-19" virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq, yaşadığı evləri tərk etmiş həmin şəxslərlə izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadığı evlərə qaytarıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Paylaş:
679

Son xəbərlər

Bütün xəbərlər