Hamiləlikdə hansı dərman və vitaminlər istifadə olunmalıdır? – Həkim Məsləhəti | 1news.az | Xəbərlər
Cəmiyyət

Hamiləlikdə hansı dərman və vitaminlər istifadə olunmalıdır? – Həkim Məsləhəti

14:21 - 07 / 02 / 2022
Hamiləlikdə hansı dərman və vitaminlər istifadə olunmalıdır? – Həkim Məsləhəti

Mərkəzi Gömrük Hospitalının həkim-rezidenti Güllüxanım Həsənlinin “Hamiləlik və dərmanlar” mövzusunda məqaləsini təqdim eirik.

Qeyd edək ki, G.Həsənli məqaləsində hamiləlik zamanı qəbulu tövsiyə edilən dərman, vitamin və minerallarla bağlı dəyərli məsləhətlər verib.

Hamiləlik və dərmanlar.

Hamiləlik dövründə ananın heç bir sağlamlıq problemi olmadığı hallarda belə bəzi vitamin və mineral qəbuluna ehtiyacı vardır. Hamiləlik dövründə ananın qəbul etməli olduğu vitamin və mineralların günlük miqdarı artır. Artmış olan təlabatı qəbul edilən qida maddəlləri kifayət qədər ödəyə bilmir.Artmış təlabatın ödənilməsi üçün əlavə vitamin və mineral qəbuluna ehtiyac yaranır.

Hamiləlik zamanı yaranan bir sıra sağlamlıq problemlərində dərmanların istifadəsi lazım gəlir. Hamiləlikdə dərmanların istifadəsi zamanı diqqətli olmaq lazımdır. Beləki, dərman maddələri plasentadan keçərək dölə zərər verə bilir.Bu səbəbdan hamiləlikdə hər bir dərman maddəsi həkim tövsiyyəsi ilə qəbul olunmalıdır.

Hamiləlikdə istifadə olunan vitamin və minerallar.

Hamiləlik dövründə vitamin və mineral çatışmazlığının əsas səbəbləri kifayət qədər qida maddələri qəbul etməmək, zərərli vərdişlər, hamiləliyə az çəki ilə başlamaqdır.

Fol turşusu.

Hamiləlik dövründə qanda fol turşusunun miqdarı azalır. Fol turşusu çatışmazlığı meqaloblastik anemiya və döldə anomaliyaların yaranmasına səbəb olur.Fol turşusu döldə sinir borusunun inkişafında xüsusi yer turur və çatışmazlığı zamanı sinir borusunda defekt yaranmasına səbəb olur. Fol turşusu hamiləliyin ilk trimestrində (ilk 3ayında) qəbul edilir. Hamiləliyin ilk 3 ayımda istifadəsi mütləq olan tək vitamindir.

D vitamini.

Hamiləlikdə D vitamini çatışmazlığı neonatal qıcolmalar, döldə sümüklərin və dişlərin anomal inkişafına səbəb olur. D vitaminin artıq dozda qəbulu toksikdir. D vitaminin qəbulu 12-ci həftədən etibarən başlanılır və ehtiyac olduğu halda hamiləliyin sonuna qədər istifadə olunur.

B qrup vitaminlər.

B qrup vitaminlərdən B6 və B12 vitamini xüsusi əhəmiyyətlidir. B6 vitaminin çatışmazlığı hallarında hiperemezis gravidarum (hamiləlik bulantılantılarında artış), pre-eklampsiya və döldə sibir sistemində pozulmalara səbəb olur.

B12 vitamin çatışmazlığında meqaloblastik anemiya, fetal ölüm və dölün sinir sistemində pozulmaları rast gəlinir.

Hamiləlikdə minerallar. Hamiləlikdə dəmir istifadəsi.

Hamiləlik dövründə Dəmir təlabatı xüsusilə 2-3-cü trimestrdə artır. Dəmir çatışmazlığında anemiya,immunitet sistemində pozulmalar və erkən doğum riski artır. Anemiya (Hb<11.0g/dl) rast gəlindiyi zaman dəmir istifadəsi başlanılmalıdır.

Kalsium istifadəsi.

Hamiləlikdə Ca ehtiyacı 33% artır. Lakin kifayət qədər qida maddəsi qəbulunda bu təlabat ödənilir. Ca çatışmazlığı hallarında hipertenziya və pre-eklampsiya rast gəlinməsi riski artır.

Yod istifadəsi.

Hamiləlikdə yod çatışmazlığı döldə kretinizm,mental gerilik ,erkən doğum riskinin artması hallarına səbəb ola bilir.Eyni zamanda artıq miqdarda qəbulu döldə guatr yaradar.

Omega-3 istifadəsi.

Omega-3 orqanizmə yalnız xaricdən qəbul edilən və mühüm əhəmmiyyətli doymamış yağlardır.Omega -3 istifadəsi dölün sinir sisteminin inkişafına, göz sağlamlığına anada ürək-damar sisteminə müsbət təsir göstərir. Bunlarla bərabər erkən doğum və düşük riskinin azaltması müəyyənləşdirilmişdir. İstifadəsi hamiləliyin son 3 ayında ən az 250mg tövsiyyə edilir.

1news.az

Paylaş:
1123

Son xəbərlər

Bütün xəbərlər