Sabah 18 dərəcə isti olacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabah 18 dərəcə isti olacaq

S.Xankişiyeva12:45 - 08 / 02 / 2022
Sabah 18 dərəcə isti olacaq

Azərbaycanda fevralın 9-da gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən 1news.az-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 4-7° isti, gündüz 12-16° isti, Bakıda gecə 4-6° isti, gündüz 14-16° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 756 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq, gecə və səhər saatlarında duman olacaq. Cənub-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5° isti, gündüz 13-18° isti, dağlarda 3-8° şaxta, gündüz 3-8° isti olacaq.

Paylaş:
413

Son xəbərlər

Bütün xəbərlər