Bakı-Quba yolunda “TIR” 3 maşınla toqquşub, ölən və xəsarət alanlar var - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı-Quba yolunda “TIR” 3 maşınla toqquşub, ölən və xəsarət alanlar var - FOTO

13:53 - 09 / 02 / 2022
Bakı-Quba yolunda “TIR” 3 maşınla toqquşub, ölən və xəsarət alanlar var - FOTO

Bakı-Quba yolunda zəncirvari qəza baş verib.

1news.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə Şabranın Ağalıq kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan “TIR” 3 minik avtomobili ilə toqquşub. Hadisədən sonra yük maşını yoldan çıxaraq aşıb. Hadisə nəticəsində bir nəfər ölüb, xəsarət alanlar var.

Xəsarət alan şəxslər Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

İlk ehtimala görə hadisə "TIR"-da baş verən texniki nasazlıq səbəbindən baş verib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Paylaş:
370

Son xəbərlər

Bütün xəbərlər