Deputat: “Yeni qanun mediamızın inkişaf tarixində tamamilə yeni bir mərhələ təşkil edəcək” | 1news.az | Xəbərlər
Cəmiyyət

Deputat: “Yeni qanun mediamızın inkişaf tarixində tamamilə yeni bir mərhələ təşkil edəcək”

Qafar Ağayev16:17 - 09 / 02 / 2022
Deputat: “Yeni qanun mediamızın inkişaf tarixində tamamilə yeni bir mərhələ təşkil edəcək”

“Media haqqında qanunun tətbiq edilməsi mediamızın inkişaf tarixində tamamilə yeni bir mərhələ təşkil edəcək”.

Bunu 1news.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babağlu deyib.

“Hər şeydən öncə ona görə ki , yeni qanun bu inkişafı bütün parametrlərlə təmin edə biləcək hüquqi əsaslar və azadlıqları özündə ehtiva edir, bu da informasiya cəmiyyətinin zəruri tələblərindən biridir. Yeni cəmiyyət-media münasibətləri kontekstində aktual olan mühüm məsələlərdən biri də peşəkar və məsuliyyəti media problemi idi ki, yeni qanunda bu məsələlərin tənzimləyən hüquqi mexanizmlər də öz əksini tapıb. Yəni, media reystrinin önümüzdəki 6 ay ərzində yaradılmasının nəzərdə tutulması, jurnalistlərin tanınan hüquqlarının müdafiəsi mexanizminin təkmilləşdirilməsi və daha operativ təşkil edilməsi, tənzimlənən və tənzimlənməyən media növləri arasında dəqiq sərhədin müəyyən edilməsi, ölkəmizin informasiya məkanının təhlükəsizliyinin təmin edilməsi, yerli medianın inkişafına təkan verilməsi, informasiya mühitinin sağlamlaşdırılması və rəqabət qabiliyyətinin artırılması kimi strateji istiqamətlərin inkişafı üçün hüquqi əsasların yaradılması yeni qanunun tətbiqi sayəsində mediamızın əldə edə biləcəyi mümüh nailiyyətlər kimi xarakterizə oluna bilər.

Deputat bildirb ki, ən başlıca məsələlərdən bir yenə də jurnalistlərin məişət problemlərinin həll edilməsi və mənzil-kommunal şəraitlərinin yaxşılaşdırılması məsələsidir.

“Bu mənada jurnalistlərin güzəştli kreditlərdən yararlanmaqla mənzil problemlərini həll edə bilmələri üçün hüquqi bazanın yaradılması Azərbaycan dövlətinin jurnalistlə növbəti qayğısıdır. Bu yeni yanaşma jurnalistlərin məişət problemlərinin kütləvi və birbaşa həll etmə imkanları yardır. İki kateqoriyada güzəşt hüququnun tanınması isə həm 5 il jurnalist kimi əmək faliyyəti olan jurnalistlərə gənc ailə statusunda digərlərinə isə 15 illik əmək stajı əsasında nəzərdə tutulur ki, bu da demək olar ki , davamlı jurnalistika fəaliyyəti ilə məşğul olan bütün jurnalistləri əhatə edir. Ona görə də media qanunun tətbiqinə paralel olaraq jurnalistlərin güzəştli kreditlərdən istifadə etməsi üçün hüquqi bazanın yaradılması da mediamızın inkişafı üçün kompleks tədbirlərin həyata keçirilməsi kimi də xarakterizə edilməlidir”.

Paylaş:
473

Son xəbərlər

Bütün xəbərlər