Şəkidə dəm qazından zəhərlənən ailə üzvlərini xilas edən ata dünyasını dəyişib
Şəkidə dəm qazından zəhərlənən ailə üzvlərini xilas edən ata dünyasını dəyişib.
1news.az-ın ATV-yə istinadla verdiyi xəbərə görə, hadisə Gülnarə Vahabova küçəsində fərdi yaşayış evində baş verib.
Belə ki, Zöhrə Hüseynova oğlu 11 yaşlı Kənan Hüseynlini hamam otağında yuyundurarkən hər iki şəxs dəm qazından zəhərlənib. Ailə başçısı 47 yaşlı Vüqar Hüseynov arvadı və oğlunu mətbəxə gətirib, onlara ilk yardım edib.
Oğlunun qıc olduğunu, həyat yoldaşının yıxıldığını görən ailə başçısı, stress keçirib və ürək tutmasından vəfat edib.
Zəhərlənən ana və oğul isə xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafidir.
341