ƏƏSMN-də aşkarlanan nöqsan və qanunsuzlar Sahil Babayevin dövründə olub? - AÇIQLAMA
Dövlət Maliyyə Nəzarəti Xidmətinin bugün yaydığı hesabatında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzi Aparatında və onun tabeliyində olan 28 qurumda həyata keçirilən nəzarət tədbirlərinin nəticələri də açıqlanıb.
1news.az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctiamiyyətlə Əlaqələr və Kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov bildirib.
“Bununla bağlı media sorğularına cavab olaraq bildiririk ki, adıçəkilən qurumun nazirliklə bağlı həmin yoxlamaları 2013-cü ilin oktyabrından 2018-ci ilin aprel ayına qədərki dövrü əhatə edib” – F.Talıbov əlavə edib:
“Aşkar olunan nöqsan və qanunsuzluqlar da 2013-2018-ci illərə aiddir”.
416