Tanınmış azərbaycanlı professor dünyasını dəyişdi | 1news.az | Xəbərlər
Cəmiyyət

Tanınmış azərbaycanlı professor dünyasını dəyişdi

Qafar Ağayev09:07 - 10 / 02 / 2022
Tanınmış azərbaycanlı professor dünyasını dəyişdi

Ötən gün tibb elmləri doktoru, professor, Əməkdar Həkim Seyidov Vaqif Cavad oğlu 81 yaşında dünyasını dəyişib.

1news.az xəbər verir ki, o, 1970-ci ildə mədəaltı subtotal reaksiyasının qanın laxtalanma sisteminə təsiri mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək tibb elmləri namizədi alimlik dərəcəsi adını almışdır.

1976-1979-cu illərdə isə doktorluq dissertasiyası üzərində işləmək üçün Moskva şəhərində Ümumittifaq Cərrahlıq Mərkəzinə və SSRİ Tibbi Elmlər Akademiyasının Bakulyev adına instituta ezam olunmuşdur. 1979-cu ildə isə Elmlər Akademiyasının tibbi üzrə ixtisaslaşmış şurasında doktorluq dissertasiyası müdafiə edərək tibb elmləri doktoru adına layiq görülmüşdür.

1982-1983-cü illərdə Bakı şəhərinin, 1983-1994-cü illərdə isə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin baş cərrahı və eyni zamanda M.Topçubaşov adına Elmi-Cərrahi qastroeteroloji şöbəsinin müdiri vəzifələrində çalışmışdır. Azərbaycan Respublikasının Əməkdar həkimi və SSRİ səhiyyə əlaçısıdır.

Həmçinin, Ali Attestasiya Komissiyası Ekspert şurasının sədri vəzifəsində çalışmışdır.

O, mədəaltı vəz və öd yollarında aparılan bir sıra orijinal əməliyyatların müəllifidir. Respublikada ilk dəfə qanın aortası üzərində rekonstruktiv əməliyyatları aparmışdır. Respublukamızda mədə rezeksiyası zamanı kompressioan qastroenteroanastomiozun işləyib tətbiq etmişdir.
Vaqif Seyidov 230-dan artıq elmi işin, o cümlədən 9 monoqrafiya və metodik vəsaitin, 7 ixtira və 20 səmərələşdirici təklifin müəllifidir. O, dəfələrlə Respublika, ümumittifaq və Beynəlxalq konfederasiyaların iştirakçısı olmuşdur. 10-a qədər namizədə və doktorlara rəhbərlik etmişdir.
Vaqif Seyidov 2002-ci ildə Sankt-Peterburqda Petrovsk Akademiyasının müxbir üzvü seçilmişdir.

Allah rəhmət eləsin!

Paylaş:
606

Son xəbərlər

Yevlaxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü həbs edilibBu gün, 11:53DYP piyadalara müraciət edibBu gün, 11:33MÜTDA təhsil müəssisələrinin istilik təminatı ilə bağlı məlumat yayıbBu gün, 11:17Abşeronda həyətyanı sahədən sursatlar tapılıb - FOTO - VİDEOBu gün, 11:12Ötən gün yanğınlar zamanı 5 nəfər təxliyə edilibBu gün, 10:27Sabah Xankəndidə tibbi aksiya keçiriləcəkBu gün, 10:20Mingəçevir su anbarında zəlzələ olubBu gün, 10:01BMT “ASAN xidmət”i 4 qitədə təşviq edəcəkBu gün, 10:00Ölkə ərazisindəki bəzi çaylarda sululuq artıbBu gün, 09:46AZAL-dan “Uçuran Cümə” kampaniyası: aviabiletlərə 30%-dək endirimBu gün, 09:39AMB 26 noyabra olan valyuta məzənnələrini açıqladıBu gün, 09:21Bakının sıxlıq olan küçə və prospektləri - SİYAHIBu gün, 09:18Prezident İlham Əliyev Donald Trampa zəng edibBu gün, 09:16Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37
Bütün xəbərlər