BDU-da yaz sessiyası hibrid formada təşkil olunacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

BDU-da yaz sessiyası hibrid formada təşkil olunacaq

14:58 - 14 / 02 / 2022
BDU-da yaz sessiyası hibrid formada təşkil olunacaq

Bakı Dövlət Universitetində (BDU) 2021/2022-ci tədris ilinin yaz sessiyası hibrid formada təşkil olunacaq.

1news.az xəbər verir ki, bu barədə BDU-nun Mətbuat katibi Kəmalə Quliyeva məlumat verib.

O bildirib ki, tədris prosesi ilə bağlı BDU-nun Elmi Şurasının bu gün keçirilən növbəti iclasında qərar qəbul edilib.

Elmi Şuranın iclasında 2021/2022-ci tədris ilinin yaz sessiyasının da payız sessiyasında olduğu kimi, həftənin 2 günü onlayn, 3 günü ənənəvi qaydada olmaqla hibrid formada təşkil edilməsi barədə qərar verilib.

1news.az

Paylaş:
397

Son xəbərlər

Bütün xəbərlər