Milli Məclis iki rayonun ləğv edilməsi haqqında qanun layihəsini birinci oxunuşda təsdiq etdi | 1news.az | Xəbərlər
Cəmiyyət

Milli Məclis iki rayonun ləğv edilməsi haqqında qanun layihəsini birinci oxunuşda təsdiq etdi

Qafar Ağayev14:35 - 15 / 02 / 2022
Milli Məclis iki rayonun ləğv edilməsi haqqında qanun layihəsini birinci oxunuşda təsdiq etdi

Gəncə şəhərinin Nizami və Kəpəz rayonları ləğv olunur.

1news.az-ın APA-ya istinadən məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Gəncə şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, Kəpəz və Nizami rayonları ləğv edilərək Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılır. Ləğv edilən Nizami rayonunun tərkibindəki 1 və 2 nömrəli sahə inzibati ərazi dairələri müvafiq olaraq Gəncə şəhəri tərkibində 1 və 2 nömrəli sahə inzibati ərazi dairələri hesab edilir. Habelə, ləğv edilən Kəpəz rayonunun tərkibindəki 1 və 2 nömrəli sahə, Cavadxan, Hacıkənd, Məhsəti, Natəvan, Sadıllı, Şıxzamanlı qəsəbə inzibati ərazi dairələri də müvafiq olaraq Gəncə şəhəri tərkibində 3 və 4 nömrəli sahə, Cavadxan, Hacıkəndə, Məhsəti, Natəvan, Sadıllı, Şıxzamanlı qəsəbə inzibati ərazi dairələri hesab edilir.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Paylaş:
349

Son xəbərlər

Bütün xəbərlər