Allahşükür Paşazadə Rusiya-Ukrayna münasibətlərinin düzəlməsi üçün dualar edib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Allahşükür Paşazadə Rusiya-Ukrayna münasibətlərinin düzəlməsi üçün dualar edib - FOTO

Qafar Ağayev17:39 - 15 / 02 / 2022
Allahşükür Paşazadə Rusiya-Ukrayna münasibətlərinin düzəlməsi üçün dualar edib - FOTO

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Rusiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikovla görüşüb.

1news.az-ın QMİ-nin mətbuat xidmətindən istinadən verdiyi xəbərə görə, görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında siyasi, iqtisadi, mədəni-humanitar münasibətlərlə yanaşı dini-mənəvi əlaqələrin də mövcud səviyyəsindən razılıq ifadə olunub.

QMİ sədrinin ötən ilin oktyabrında Moskva və bütün Rusiya Patriarxı Kirillin dəvətinə əsasən Rusiya Federasiyasına səfəri, Zati-müqəddəsləri Patriarx Kirillə görüşü, habelə, dini liderlərin baş tutmuş üçtərəfli görüşünün nəticələri barədə fikir mübadiləsi aparıldı. Bildirildi ki, Rus Pravoslav Kilsəsinin sülhyaratma potensialı vardır və onun vasitəçiliyi ilə baş tutan dini liderlərin dialoqları sayəsində zamanında Ermənistan-Azərbaycan münaqişəsinin dini qarşıdurma xarakteri almasının qarşısı alınmışdır.

Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası ilə Qafqaz Müsəlmanları İdarəsinin dinlərarası dialoq sahəsində səmərəli əməkdaşlıq münasibətlərinin mövcudluğundan, ölkəmizin dini həyatında, dini konfessiyalar müstəvisində fəal icma olaraq iştirak etməsindən razılıq bildirildi. Şeyxülislam qeyd etdi ki, yaxın günlərdə Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı Qafqaz Müsəlmanları İdarəsində keçiriləcək anım tədbirində də Azərbaycandakı pravoslav icmasının nümayəndələri hər zamankı kimi iştirak edəcəklər.

II Qarabağ müharibəsində Azərbaycan xalqının işğaldan azad etdiyi ərazilərdə gedən genişmiqyaslı quruculuq işləri, infrastruktur layihələri ilə yanaşı vandalizmə məruz qalmış dini-mənəvi irsin dirçəldilməsi, məscidlərlə yanaşı, pravoslav, alban-udi kilsələri və digər məbəd və ziyarətgahların yenidən qurulması, bərpası və qorunması sahəsində misilsiz işlər görüldüyünü qeyd edən Şeyxülislam A. Paşazadə bütün bunların Azərbaycan dövlətinin başçısı Prezident İlham Əliyevin möhkəm siyasi iradəsi sayəsində həyata keçirildiyini qürurla qeyd etdi. Bildirdi ki, Azərbaycan Prezidentinin azad Qarabağa elə bir səfəri olmur ki, dini-mənəvi əhəmiyyətli abidələrə qayğı və dövlət himayəsini nümayiş etdirməsin. Multikultural dəyərlər ölkəsi olan Azərbaycanda bu ali diqqət təkcə məscid, İslam abidələrini deyil, xristian, yəhudi məbədlərini də ehtiva edir. İşğaldan azad olunmuş Qarabağ torpaqlarına səfər etmiş bütün xarici ölkə nümayəndələri, diplomatik korpus təmsilçilərinin bunun bilavasitə şahidi olduqlarını diqqətə çatdıran QMİ sədri gələcəkdə Azərbaycana səfər edəcək beynəlxalq təşkilatların ekspert missiyalarının da bu həqiqətləri qeydə alacaqlarına ümidvar olduğunu ifadə etdi.

Vatikana səfəri barədə danışarkən QMİ sədri A. Paşazadə Papa Fransisklə söhbətində Rus Pravoslav Kilsəsinin uzun illər ərzində dinlərarası dialoq müstəvisində nümunəvi sülhyaratma fəaliyyəti barədə danışdığını və Vatikanın bu mövzuya diqqət nümayiş etdirdiyini bildirdi. Vatikana səfərdə Azərbaycandakı pravoslav konfessiyasının rəhbərinin də nümayəndə heyətində təmsil olunmasını rusiyalı səfirin diqqətinə çatdırdı.

Şeyxülislam A. Paşazadə son zamanlar Rusiya və Ukrayna ətrafında yaşanan gərginlikdən xeyli narahat olduğunu, bu mövzunun tezliklə xoş məramla həllini tapması, iki yaxın qardaş olan xalqlar arasında münasibətlərin yoluna qoyulması üçün dualar etdiyini rusiyalı səfirin diqqətinə çatdırdı. Şeyxülislam A. Paşazadə təklif irəli sürdü ki, xalqlar arasında mövcud gərginliklərin aradan qaldırılması, anlaşılmazlıqlara, suallara cavab tapılması istiqamətində dini liderlərin böyük rol oynamasını nəzərə alaraq, postsovet məkanında sülh, qarşılıqlı anlaşma naminə Rus Pravoslav Kilsəsinin böyük nüfuza malik başçısı Patriarx Kirillin rəhbərliyi ilə, Ukrayna din xadimlərinin də iştirak edəcəyi beynəlxalq forum çağırılması məqsədəuyğun olardı. MDB Dinlərarası Şurasının həmsədri olaraq QMİ sədri A.Paşazadə Uca Yaradana xoş gedən bu yolda öz səylərini əsirgəməyəcəyini bildirdi.

QMİ sədri RPK-nin Bakı və Azərbaycan Yeparxiyasının mərhum Arxiyepiskopu Aleksandrın əziz xatirəsini hər zaman andığını və onun Azərbaycan-Rusiya mənəvi əlaqələrinin inkişafına uzun illər ərzində verdiyi töhfələri yüksək dəyərləndirdiyini bildirdi.

RF-nın ölkəmizdəki səfiri M. Boçarnikov Şeyxülislamla görüş imkanına görə təşəkkürlərini bildirdi və Rusiya ilə Azərbaycan arasında geniş spektr üzrə münasibətlərin hər iki dövlətin mənafeləri naminə uğurla davam və inkişaf etdiyini vurğuladı. Bildirdi ki, Rusiyada Azərbaycan Prezidenti İlham Əliyevin regionda vəziyyətin və iqtisadi əlaqələrin normallaşması ilə bağlı mövqeləri bütün tərəflər üçün faydalı kimi yüksək qiymətləndirilir.

Dövlət başçılarımızın səyləri sayəsində ölkələrimiz arasında siyasi, ticari-iqtisadi, logistik əlaqələrin getdikcə dərinləşməsindən, kommunikasiya layihələrindən, çoxtərəfli əlaqələrin qurulmasından məmnunluğunu ifadə edən rusiyalı səfir Pus Pravoslav Kilsəsi ilə Qafqaz Müsəlmanları İdarəsi arasında dinlərarası dialoq çərçivəsində nümunəvi dini-mənəvi əlaqələrin mövcudluğunu böyük dəyər kimi qiymətləndirdi. Bu işdə böyük nüfuza malik dini lider olaraq Şeyxülislam A. Paşazadənin səylərinin, 40 ildən artıq müddət ərzində sülhyönümlü, xoşməramlı fəaliyyətinin böyük əhəmiyyət daşıdığını bildirdi. Xalqlarımız, dövlətlərimiz arasında mövcud dostluq, qardaşlıq, strateji əməkdaşlıq bağlarının qorunub saxlanılması, inkişaf etdirilməsinin vacib olduğu qeyd olundu.

Paylaş:
471

Son xəbərlər

Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18“Sako” ləqəbli tiktoker saxlanılıbBu gün, 13:09Bakıda 21 yaşlı qız itkin düşübBu gün, 13:02“AzInTelecom” MMC “Africa Tech Festival 2024”də iştirak edibBu gün, 12:55Bakıda bir neçə marşrut xətləri üzrə elektrobuslar fəaliyyətə başlayıbBu gün, 12:47Sabah hava necə olacaq? - ProqnozBu gün, 12:40Bu gündən Respublika Fənn Olimpiadalarına qeydiyyat başlayırBu gün, 12:37Yevlaxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü həbs edilibBu gün, 11:53DYP piyadalara müraciət edibBu gün, 11:33MÜTDA təhsil müəssisələrinin istilik təminatı ilə bağlı məlumat yayıbBu gün, 11:17Abşeronda həyətyanı sahədən sursatlar tapılıb - FOTO - VİDEOBu gün, 11:12Ötən gün yanğınlar zamanı 5 nəfər təxliyə edilibBu gün, 10:27Sabah Xankəndidə tibbi aksiya keçiriləcəkBu gün, 10:20Mingəçevir su anbarında zəlzələ olubBu gün, 10:01
Bütün xəbərlər