Gələn ildən onkoloji xəstəliklər də icbari tibbi sığortaya cəlb edilə bilər | 1news.az | Xəbərlər
Cəmiyyət

Gələn ildən onkoloji xəstəliklər də icbari tibbi sığortaya cəlb edilə bilər

S.Xankişiyeva12:26 - 15 / 02 / 2022
Gələn ildən onkoloji xəstəliklər də icbari tibbi sığortaya cəlb edilə bilər

Düşünürəm ki, növbəti ildən onkoloji xəstəliklər də icbari tibbi sığortaya cəlb ediləcək.

1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, bunu Milli Məclisin səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentin bu gün keçirilən iclasında deyib.

O qeyd edib ki, onkoloji xəstəliklər xərc tələb edən məsələdir.

“Bu xəstəliyin də icbari tibbi sığortaya daxil edilməsi istiqamətində iş aparılır. Düşünürəm ki, növbəti ildən onkoloji xəstəliklər də icbari tibbi sığortaya cəlb ediləcək”, - deyə o bildirib.

Paylaş:
387

Son xəbərlər

Bütün xəbərlər