Rövnəq Abdullayev İqtisadiyyat nazirliyində kollektivə təqdim olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Rövnəq Abdullayev İqtisadiyyat nazirliyində kollektivə təqdim olunub

Qafar Ağayev12:54 - 15 / 02 / 2022
Rövnəq Abdullayev İqtisadiyyat nazirliyində kollektivə təqdim olunub

İqtisadiyyat nazirinin müavinləri kollektivə təqdim olunub.

İqtisadiyyat Nazirliyindən 1news.az-a verilən məlumata görə, Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə Elnur Əliyev iqtisadiyyat nazirinin birinci müavini, Rövnəq Abdullayev isə iqtisadiyyat nazirinin müavini təyin olunub.

İqtisadiyyat naziri Mikayıl Cabbarov yeni təyin olunmuş nazir müavini Rövnəq Abdullayevi kollektivə təqdim edib.

Nazir yeni təyinat münasibətilə Elnur Əliyevi və Rövnəq Abdullayevi təbrik edib, hazırkı inkişaf mərhələsində ölkə rəhbərliyinin qurum qarşısında qoyduğu vəzifələri vurğulayaraq, müəyyən edilmiş hədəflərə nail olunması istiqamətində görüləcək işlərdə onlara uğurlar arzulayıb.

Paylaş:
923

Son xəbərlər

Sabahın hava proqnozu

20 / 05 / 2025, 12:47
Bütün xəbərlər