Xarici ölkələrdən olan bir qrup tanınmış səyyahın Şuşaya səfəri başlayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Xarici ölkələrdən olan bir qrup tanınmış səyyahın Şuşaya səfəri başlayıb

13:57 - 16 / 02 / 2022
Xarici ölkələrdən olan bir qrup tanınmış səyyahın Şuşaya səfəri başlayıb

Xarici ölkələrdən olan bir qrup tanınmış səyyah işğaldan azad edilmiş Şuşa şəhərinə səfər edib.

1news.az APA-ya istinadən xəbər verir ki, Xocalı soyqırımının 30 illiyi ərəfəsində təşkil olunmuş səfər çərçivəsində tanınmış səyyahlardan ibarət geniş heyət Şuşa şəhəri ilə tanışlığa başlayıb.

Daha sonra nümayəndə heyəti Ağdam, Kəlbəcər, Laçın, Qubadlı və Zəngilana səfər edəcək.

Qonaqlara işğal müddətində Azərbaycanın maddi-mədəni irsinin, tarixi, dini abidələrinin ermənilər tərəfindən dağıdıldığı, yaşayış məntəqələrinin yer üzündən silindiyi barədə ətraflı məlumatlar veriləcək, insanlıq əleyhinə cinayətlərin izləri əyani nümayiş etdiriləcək.

Qeyd edək ki, Şuşadan başlayan Qarabağ və Şərqi Zəngəzura səfər dünyanın ən azı 100-dən çox ölkəsində olmuş məşhur səyyahları birləşdirən beynəlxalq “NomadMania” klubunun təşkilatçılığı ilə keçirilir. Klubun rəhbəri Harry Mitsidis də heyətdə təmsil olunur.

1news.az

Paylaş:
232

Son xəbərlər

Bütün xəbərlər