“Səbail” parkı əsaslı yenidənqurmadan sonra istifadəyə verilib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Səbail” parkı əsaslı yenidənqurmadan sonra istifadəyə verilib – FOTO

14:14 - 16 / 02 / 2022
“Səbail” parkı əsaslı yenidənqurmadan sonra istifadəyə verilib – FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Səbail rayonunda aparılan abadlıq-quruculuq işləri çərçivəsində park və xiyabanların salınmasına, o cümlədən mövcud olanların yenidən qurulmasına xüsusi diqqət yetirilir.

Bu sahədə aparılan işlər çərçivəsində fevralın 16-da Səbail rayonunda Qurban Abbasov və Ziya Yusifzadə küçələrinin kəsişməsində yerləşən “Səbail” parkı əsaslı yenidənqurma və abadlıq işlərindən sonra istifadəyə verilib. Tədbirdə qeyd olunub ki, əsaslı təmir olunan “Səbail” parkı, ilk növbədə, paytaxt sakinlərinin istirahətinin yüksək səviyyədə təşkilinə xidmət edir. Yeni park şəhərsalma standartlarına və müasir tələblərə uyğun salınıb. Ərazi yüksək səviyyəli infrastruktur əsasında abadlaşdırılıb.

Səbail Rayon İcra Hakimiyyəti tərəfindən aparılan yenidənqurma işlərinə bu ilin əvvəlindən başlanıb, keçmiş sahəsi 4362 kv.m olan park 8096 kv.m-ə genişləndirilib. Hazırda ümumi sahəsi 12458 kv.m təşkil edir ki, onun da 9600 kv.m-ni yeni yaşıllıq plantasiyaları təşkil edir. Parkda 580 gül, ağac və kol əkilib.

Parkın işıqlandırılmasına xüsusi diqqət yetirilib, ərazinin işıqlandırılması üçün 147 ədəd işıq dirəyi və 230 metrlik zolaq işıqlandırması, o cümlədən 9 ədəd landşaft lampası quraşdırılıb. Müasir tələblərə uyğun parkda 10 nəfərlik 9 oturacaq quraşdırılıb, hərəkət üçün rezin və daş üzlüklərdən istifadə olunub, parkda “Səbaili sevirəm” lövhəsi quraşdırılıb.

Parkdan Milli Dənizkənarı Bulvara aparan pilləkən də tamamilə yenidən qurularaq müasir üslubda bəzədilib. Parkda aparılan quruculuq və abadlıq işləri zamanı əlilliyi olan və sağlamlıq imkanları məhdud şəxslərin sərbəst hərəkəti üçün şərait yaradılıb. Eyni zamanda, bütün yaş qruplarından olan vətəndaşlar nəzərə alınaraq, parkda onlar üçün xüsusi guşələr yaradılıb, idman zonasında uşaq meydançası, müxtəlif idman avadanlığı və qurğular quraşdırılıb. Yeni salınan park şəhərin sosial-ekoloji vəziyyətinin yaxşılaşdırılması baxımından böyük əhəmiyyət kəsb edir.

Paylaş:
964

Son xəbərlər

Bütün xəbərlər