Göyçayda avtoxuliqanlıq edib, sosial şəbəkələrdə paylaşan sürücü həbs olunub - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Göyçayda avtoxuliqanlıq edib, sosial şəbəkələrdə paylaşan sürücü həbs olunub - FOTO

Qafar Ağayev11:45 - 16 / 02 / 2022
Göyçayda avtoxuliqanlıq edib, sosial şəbəkələrdə paylaşan sürücü həbs olunub - FOTO

Göyçay Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində avtoxuliqanlıq hərəkətləri edərək ictimai asayişi nümayişkəranə şəkildə pozan və digər hərəkət iştirakçılarına ciddi təhlükə yaradan sürücünü saxlayıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan 1news.az-a verilən məlumata görə, rayonun Çayarxı kənd sakini Əziz Yusifov idarə etdiyi “VAZ-21011” markalı avtomobillə intizamsızlıq edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozub və toy karvanında etdiyi avtoxuliqanlıq hərəkətlərini “Tik-Tok” sosial şəbəkəsində paylaşıb.

Həmin şəxs barəsində inzibati qaydada protokol tərtib olunaraq baxılması üçün rayon məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə Ə.Yusifov sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılmaqla 15 gün müddətinə inzibati qaydada həbs edilib.

Paylaş:
309

Son xəbərlər

Sabahın hava proqnozu

20 / 05 / 2025, 12:47
Bütün xəbərlər