Naməlum avtomobil tərəfindən vurulan Qəbələ sakini xəstəxanada ölüb
Naməlum avtomobil tərəfindən vurulan Qəbələ sakini ölüb.
Baş Prokurorluqdan 1news.az-a verilən məlumata görə, Qəbələ rayonunun Böyük Əmilli kənd sakini, 1975-ci il təvəllüdlü Salahov Bəxtiyar Tacir oğlunun qeyri-aşkar şəraitdə sağ ayağının baldır sümüklərinin açıq sınığı xəsarətlərini alması və göstərilmiş tibbi yardıma baxmayaraq, Qəbələ rayonunun Diaqnostika Mərkəzində 25 dekabr 2022-ci il tarixdə vəfat etməsi faktına görə Qəbələ rayon prokurorluğu tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuş nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydaları pozma) ilə cinayət işi başlanılaraq istintaq aparılması üçün Qəbələ rayon polis şöbəsinin İstintaq bölməsinə göndərilib.
Hazırda cinayət hadisəsinin hansı şəraitdə baş verməsinin müəyyən edilməsi istiqamətində zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.