Şuşa və Ağdamda 960 yerlik məktəblərin tikintisinə başlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Şuşa və Ağdamda 960 yerlik məktəblərin tikintisinə başlanılıb

S.Xankişiyeva14:15 - 18 / 02 / 2022
Şuşa və Ağdamda 960 yerlik məktəblərin tikintisinə başlanılıb

Şuşa, Ağdam və Cəbrayılda məktəb tikintisinə başlanılıb.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Şuşa şəhəri 1 nömrəli 960 şagird yerlik və Ağdam şəhəri 1 nömrəli 960 şagird yerlik tam orta məktəblərdə tikinti işlərinə başlanılıb.

Cəbrayıl şəhəri 960 şagird yerlik akademik Mehdi Mehdizadə adına tam orta məktəbin layihə-smeta sənədləri hazırlanır.

Paylaş:
391

Son xəbərlər

Bütün xəbərlər