101 nəfərə saxta COVID-19 arayışı verən şirkət rəhbəri ilə bağlı Ali Məhkəməyə müraciət olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

101 nəfərə saxta COVID-19 arayışı verən şirkət rəhbəri ilə bağlı Ali Məhkəməyə müraciət olunub

S.Xankişiyeva12:19 - 18 / 02 / 2022
101 nəfərə saxta COVID-19 arayışı verən şirkət rəhbəri ilə bağlı Ali Məhkəməyə müraciət olunub

Baş Prokurorluq “Əsr Travel” MMC-nin təsisçisi və direktoru Əsgər Bayramovun barəsindəki hökmdən Ali Məhkəməyə kassasiya şikayəti verib.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin açıqladığı məlumatda deyilir.

Bildirilib ki, bəzi media və sosial şəbəkə səhifələrində “Əsr Travel” MMC-nin təsisçisi və direktoru işləyən Əsgər Bayramovun Yasamal rayon məhkəməsinin qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri qərarının ləğv edilərək məhkəmə iclas zalında azad edilməsi ilə bağlı informasiyalar yayılıb.

Əsgər Bayramov vəzifəli şəxs kimi qabaqcadan əlbir olan bir qrup şəxs halında Ural Hava yolları ilə Gəncə-Sankt-Peterburq reysinə uçuş biletləri almış 101 nəfər şəxsə neqativ nəticəli saxta COVID-19-a dair test sənədlərini hazırlayıb sataraq ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə edib.

Faktla bağla Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 320.1 və 320.2-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işi baxılması üçün Yasamal rayon məhkəməsinə göndərilmiş, məhkəmənin 23 noyabr 2021-ci il tarixli hökmü ilə Əsgər Bayramovun əməli Cinayət Məcəlləsinin 308.1-ci maddəsinə tövsif edilməklə CM-ni 308.1, 320.1 və 320.2-ci maddələri ilə təqsirli bilinərək islah işləri cəzası təyin edilmiş və cəzası faktiki çəkilmiş hesab edilərək barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməklə məhkəmə iclas zalından azad edilib.

Dövlət ittihamçısı tərəfindən həmin hökmdən verilmiş protestə Bakı Apellyasiya Məhkəməsində baxılmış və 21 yanvar 2022-ci il tarixli qərarla hökm dəyişdirilmədən saxlanılıb.

Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası tərəfindən yekun qərar qəbul edilərkən cinayət işi üzrə toplanmış sübutların məcmu qaydada qiymətləndirilməməsi, sübutların cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun tədqiq edilməməsi, bunun nəticəsi olaraq Əsgər Bayramovun əməlinin tövsifində səhvə yol verilməsi, həmçinin cəza təyini zamanı məhkum edilmiş şəxsin şəxsiyyətinə uyğun olmayan yüngüllüyünə görə açıq aydın ədalətsiz cəza təyin olunması əsası ilə dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilib.

Eyni zamanda, digər cinayət işi üzrə də - Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilən və Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 fevral 2019-cu il tarixli hökmü ilə azadlıqdan məhrum edilmiş İlham Xıdırov və Nazim Mustafayevə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 dekabr 2021-ci il tarixli hökmü ilə bəraət verilməsi səbəbindən dövlət ittihamçısı tərəfindən irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq tədqiq edilib qiymətləndirilməməsi əsası ilə kassasiya protesti verilib.

Paylaş:
313

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər