Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bolqarıstanda xeyriyyə aksiyası keçirilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bolqarıstanda xeyriyyə aksiyası keçirilib - FOTO

S.Xankişiyeva12:35 - 18 / 02 / 2022
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bolqarıstanda xeyriyyə aksiyası keçirilib - FOTO

COVID-19 pandemiyası əleyhinə həyata keçirilən beynəlxalq səylərə töhfə qismində Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bolqarıstan Respublikasının Sofiya şəhərində yerləşən “Həkimlərin İxtisaslaşması və Təkmilləşdirilməsi İnstitutu – Tsaritsa Yoanna xəstəxanası”na 10 ədəd Almaniya istehsalı oksigen konsentratoru aparatları (ağciyərlərin süni havalandırma aparatları) təqdim edilib.

1news.az-a Səfirlikdən verilən xəbərə görə, Bolqarıstan Respublikası hökumətinin nümayəndələri və Səhiyyə Nazirliyinin rəhbərliyinin iştirakı ilə keçirilmiş xeyriyyə tədbirinin açılışında çıxış etmiş Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı səfiri Hüseyn Hüseynov bu xeyriyyə addımının COVID-19 pandemiyası ilə qlobal mübarizəni dəstəkləmək üçün Azərbaycanın həyata keçirdiyi növbəti beynəlxalq həmrəylik tədbiri təşkil etdiyini vurğulamışdır.

Bolqarıstan Respublikasının səhiyyə naziri tərəfindən COVID-19 pandemiyası ilə əlaqədar Bolqarıstanda yaşanan hazırki kritik şəraitdə koronovirus infeksiyasına yoluxmuş insanların həyatının qorunması və onlara daha keyfiyyətli tibbi xidmətin göstərilməsi baxımından Heydər Əliyev Fondunun bu xeyriyyə addımın olduqca vaxtında atıldığı və yüksək təqdirəlayiq hal olduğu vurğulanmışdır.

Xeyriyyə aksiyası Bolqarıstanın yerli televiziya və radio kanalları, həmçinin çoxsaylı kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılmışdır.

Paylaş:
386

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər