XİN-də işə qəbulun müsahibə mərhələsinin vaxtı açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

XİN-də işə qəbulun müsahibə mərhələsinin vaxtı açıqlanıb

S.Xankişiyeva15:18 - 19 / 02 / 2022
XİN-də işə qəbulun müsahibə mərhələsinin vaxtı açıqlanıb

Xarici İşlər Nazirliyi (XİN) qurumda diplomatik xidmətə işə qəbul imtahanının ilk mərhələsini keçən namizədlərə müraciət edib.

1news.az-ın xəbərinə görə, bildirilib ki, 2022-ci il yanvarın 23-də XİN-də diplomatik xidmətə işə qəbul olmaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilmiş imtahanın 2-ci mərhələsində, müsahibə mərhələsində iştirak hüququ qazanmış 113 namizəd ilə 22 fevral 2022-ci il tarixində Xarici İşlər Nazirliyində görüşün keçirilməsi nəzərdə tutulub.

"İştirakla bağlı əlavə məlumat namizədlərin Şəxsi Kabinetlərində yerləşdirilib. Müsahibə mərhələsinin cari ilin mart ayının sonu - aprel ayının əvvəlində təşkil edilməsi nəzərdə tutulur”, - qeyd olunub.

Paylaş:
1499

Son xəbərlər

Bütün xəbərlər