Dünən 151 nəfər toya buraxılmayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Dünən 151 nəfər toya buraxılmayıb

S.Xankişiyeva10:12 - 19 / 02 / 2022
Dünən 151 nəfər toya buraxılmayıb

Ötən gün 151 nəfər şənliyə buraxılmayıb, 3 nəfər cərimələnib.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Belə ki, DİN-in, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 160 toy şənliyinin monitorinqini həyata keçirib.

Monitorinq 157 şadlıq sarayında, 3 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib. Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 3 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 151 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb

Paylaş:
856

Son xəbərlər

Bütün xəbərlər