Tikinti aparılan ərazidəki ağaclar sayılaraq nəzarət götürülüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Tikinti aparılan ərazidəki ağaclar sayılaraq nəzarət götürülüb

Qafar Ağayev15:06 - 21 / 02 / 2022
Tikinti aparılan ərazidəki ağaclar sayılaraq nəzarət götürülüb

Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə 313 ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb.

1news.az xəbər verir ki, xidmət rəsmisi Fərid Piriyev bildirib ki, sözügedən ünvana keçirilən baxış zamanı ərazidə “SAS İnşaat” MTK tərəfindən tikinti işlərinin aparıldığı, lakin ağac kəsintisi faktının olmadığı müəyyən edilib.

“Ərazidəki 23 ağac isə qeydiyyata alınaraq qorunub saxlanılması məqsədilə MTK-nın məsul şəxsi Zaur Nemətova təhvil verilib”.

Paylaş:
1140

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

05 / 07 / 2025, 12:16
Bütün xəbərlər