Azərbaycan və Gürcüstan təhsil haqqında saziş imzalayıb

Gürcüstanın paytaxtı Tbilisidə Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Gürcüstanın Təhsil və Elm Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb.
1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, sənədi Azərbaycanın təhsil naziri Emin Əmrullayev və Gürcüstanın təhsil və elm naziri Mixeil Çxenkeli imzalayıb.
Mixeil Çxenkeli bildirib ki, bu sənəd iki ölkə arasında təhsil və elmin bütün sahələrində əməkdaşlığı gücləndirəcək. O, sənədin eyni zamanda vacib siyasi önəmi olduğunu vurğulayıb.
1news.az
1164