Ərdoğan: “Rusiyanın qərarı qəbuledilməzdir” | 1news.az | Xəbərlər
Cəmiyyət

Ərdoğan: “Rusiyanın qərarı qəbuledilməzdir”

Qafar Ağayev14:41 - 22 / 02 / 2022
Ərdoğan: “Rusiyanın qərarı qəbuledilməzdir”

Rusiyanın qondarma “Donetsk və Luqansk Xalq Respublikaları”nı tanımasını qəbuledilməz sayırıq.

1news.az-ın Trend-ə istinadən məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Konqo Demokratik Respublikasından Seneqala gedən təyyarədə jurnalistlərin suallarını cavablandırarkən deyib.

O, tərəfləri sağlam düşüncə və beynəlxalq hüquqa riayət etməyə çağırdığını qeyd edib.

"Biz eyni zamanda Qara dəniz ölkəsiyik. Qara dəniz ölkəsi olduğumuza görə bir çox tədbirlər paketi hazırlanmalıdır. Qara dəniz ölkəsi olmanın bizə verdiyi məsuliyyəti bir kənara qoya bilmərik. Bu anlayışla yolumuza davam edəcəyik", - deyə o bildirib.

Paylaş:
527

Son xəbərlər

Bütün xəbərlər