İstehlaka yararsız 110 kq uşaq qidası məhv edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

İstehlaka yararsız 110 kq uşaq qidası məhv edilib

S.Xankişiyeva15:17 - 22 / 02 / 2022
İstehlaka yararsız 110 kq uşaq qidası məhv edilib

İstehlaka yararsız və istifadə müddəti bitən 110 kq qida məhsulları “Təhlükəli Tullantılar” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Qeyd olunub ki, müraciət “PN Azerbaijan” MMC-nin Agentliyindən olub.

Xatırladaq ki, məhv edilən qida məhsulu Kabrita adlı uşaq yeməyidir. Həmin məhsulun satışını həyata keçirən “PN Azerbaijan” MMC-nin ölkədəki ən iri aptek şəbəkələri ilə müqavilələri var.

Paylaş:
634

Son xəbərlər

Bütün xəbərlər