Azərbaycanın ilk ödənişli yolu bu tarixdə istifadəyə veriləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanın ilk ödənişli yolu bu tarixdə istifadəyə veriləcək

Qafar Ağayev12:53 - 22 / 02 / 2022
Azərbaycanın ilk ödənişli yolu bu tarixdə istifadəyə veriləcək

Azərbaycanda inşa edilən ilk ödənişli magistral avtomobil yolunun istifadəyə veriləcəyi vaxt açıqlanıb.

1news.az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə Agentlik sədri Saleh Məmmədov bu gün keçirilən mətbuat konfransında məlumat verib. O bildirib ki, 152 kilometrlik Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi birinci texniki dərəcəli avtomobil yolunun tikintisi davam etdirilir.

"Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi birinci texniki dərəcəli avtomobil yolunun tikintisi, həmçinin M2 magistral avtomobil yolunun Gəncə-Gürcüstan Respublikası ilə dövlət sərhədi hissəsinin 4 zolağa genişləndirilməsinin 2022-ci ildə yekunlaşdırılması planlaşdırılır", - deyə S.Məmmədov bildirib.

Paylaş:
646

Son xəbərlər

Bütün xəbərlər