Qanunsuz balıq ovlayan şəxs cəzalandırılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Qanunsuz balıq ovlayan şəxs cəzalandırılıb

Qafar Ağayev14:52 - 23 / 02 / 2022
Qanunsuz balıq ovlayan şəxs cəzalandırılıb

Qızılağac Milli Parkının və Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı parkın ərazisində qanunsuz balıq ovlayan şəxs saxlanılıb.

1news.az xəbər verir ki, Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib ki, araşdırma zamanı brakonyerin Masallı rayon sakini Malik Qafarov olduğu müəyyən edilib və ondan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.

“Hazırda Su Nəqliyyatında Polis İdarəsinin Lənkəran Polis Şöbəsi tərəfindən təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün araşdırma aparılır”.

Paylaş:
653

Son xəbərlər

Bütün xəbərlər