“Bakı Metropoliteni” platforma növbətçiləri üçün təlimlərə başlayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

“Bakı Metropoliteni” platforma növbətçiləri üçün təlimlərə başlayıb

S.Xankişiyeva15:06 - 23 / 02 / 2022
“Bakı Metropoliteni” platforma növbətçiləri üçün təlimlərə başlayıb

2022-ci ilin yanvar ayında Bakı metropoliteninin ictimaiyyət arasında ən çox tanınan peşələrindən biri sayılan sərnişin platforması növbətçisi üzrə işə qəbul elanına uyğun seçim mərhələsi başa çatıb və hazırlıq təlimlərinə başlanılıb.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.

Əvvəlki kurslardan fərqli olaraq, metropolitendə ilk dəfə təlimlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Bakı Peşə Hazırlığı Mərkəzi ilə əməkdaşlıq şəraitində aparılacaq.

Seçim prosesinin tələblərinə uyğun olaraq hərəkətin nizamlanmasında mühüm rol oynayan platforma növbətçisi peşəsi üzrə işə qəbul olunmaq üçün 314 nəfər elektron ərizə ilə müraciət edib. Onlardan qoyulmuş tələblərə uyğun gələn 194 nəfər müsabiqəyə dəvət edilib.

Müsabiqə üç mərhələdə aparılıb. Birinci mərhələyə dəvət olunmuş 194 iddiaçıdan yalnız 130 nəfəri qatılıb. Onlar Bakı metropoliteni haqqında ibtidai biliklər və məntiq testinə cəlb ediliblər. Müvafiq qiymətləndirmədə ən yüksək bal toplamış 15 nəfər ikinci mərhələyə buraxılıb.

İkinci mərhələyə çağırılanlardan 2 nəfər qeyri-müəyyən səbəbdən iştirak etməyib. Qalan 13 nəfər kadr komissiyası qarşısında müsahibədən uğurla keçib.

Üçüncü yoxlama mərhələsi üzrə tibbi yoxlamadan keçmiş 13 müdavim isə artıq təlimlərə cəlb olunublar. İki aya yaxın davam edəcək təlim müddətində tədris proqramının formalaşdırılması və tənzimlənməsi Peşə Hazırlığı Mərkəzi ilə birgə təmin ediləcək. Bundan savayı, həssas təbəqədən olan vətəndaşların işlə təmin olunması məqsədilə Peşə Hazırlığı Mərkəzinin məşğulluq strategiyası və məşğulluğa dəstək layihələrinə uyğun olaraq peşəkar təlimçilərin əməyinin qiymətləndirməsi və müdavimlərə təqaüd verilməsi nəzərdə tutulub.

Təlimlər zamanı müdavimlərə platforma növbətçiliyinin əsasları, Bakı metropoliteninin müvafiq təlimatları əsasında kurs keçiləcək. Kursun yekununda tədris prosesi əsasında mənimsənilmiş biliklər test üsulu qaydası ilə yoxlanılacaq. Normativlərə uyğun olan müdavimlər işə qəbul üzrə kadr komissiyasında müsahibəyə cəlb olunacaqlar.

Bu mərhələləri uğurla keçənlər Bakı metropoliteni stansiyalarında platforma növbətçisi vəzifəsi üzrə işlə təmin olunacaqlar.

Paylaş:
680

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər