Bakıya yeni gətirilmiş 50 avtobus istismara verilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıya yeni gətirilmiş 50 avtobus istismara verilib

S.Xankişiyeva11:53 - 24 / 02 / 2022
Bakıya yeni gətirilmiş 50 avtobus istismara verilib

Bu günlərdə Bakıya gətirilmiş, "Avro 6" standartına cavab verən 50 ədəd "Otokar" markalı, CNG mühərrikli avtobuslar istismara verilib.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib.

Məlumata görə, nəqliyyat vasitələri 18, 61, 6585 nömrəli müntəzəm marşrut xətləri üzrə sərnişinlərin istifadəsinə verilib. Bu marşrut xətlərindən çıxarılan "İsuzu" markalı avtobuslar isə "Daewoo" markalı avtobusları əvəz etmək üçün 119, 135199 nömrəli müntəzəm marşrut xətləri üzrə daşımalara cəlb edilib.

BNA-nın tapşırığına əsasən, daşıyıcı sərnişin tələbatını nəzərə almaqla, ayrı-ayrılıqda hər üç xətt üzrə gündəlik reysə 20 ədəddən artıq avtobus çıxarır. Bununla da, Bakı-Xırdalan istiqamətində gündəlik 100 min nəfərə yaxın sərnişinin daha rahat, maneəsiz və təhlükəsiz daşınması təmin edilib.

Paylaş:
546

Son xəbərlər

Bütün xəbərlər