Gömrükçülər külli miqdarda “iPhone” və “smart” saatlar aşkar edib - FOTO - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Gömrükçülər külli miqdarda “iPhone” və “smart” saatlar aşkar edib - FOTO - VİDEO

Qafar Ağayev14:55 - 25 / 02 / 2022
Gömrükçülər külli miqdarda “iPhone” və “smart” saatlar aşkar edib - FOTO - VİDEO

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda mobil telefonların və “smart” saatların ölkənin gömrük sərhədindən qanunsuz yolla keçirilməsi cəhdinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən 1news.az-a verilən məlumata görə, İdarənin Əməliyyat və təhqiqat idarəsinə kommersiya fəaliyyəti üçün nəzərdə tutulan malların qanunsuz yolla ölkə ərazisinə gətirilməsi barədə məlumat daxil olub.

İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşları “Yaşıl kanal” buraxılış sistemi vasitəsilə gömrük nəzarət zonasını tərk etmək istəyərkən gömrükçülər tərəfindən saxlanılıb və “Qırmızı kanal”a yönləndiriliblər. Vətəndaşlara məxsus əşyalar rentgen aparatından keçərkən, üç ədəd çantada mobil telefonlara bənzər təsvirlərin əks olunduğu müşahidə edilib. Yoxlama otağına dəvət olunan vətəndaşlara məxsus üç ədəd çantanın içərisindən əvvəlcədən gömrük orqanına təqdim edilməyən, şifahi, elektron və yazılı formada bəyan olunmayan 121 ədəd “iPhone 13 Pro” və 1 ədəd “Samsung S 21 markalı mobil telefonlar, 6 ədəd “Airpods Pro” markalı qulaqlıq, 165 ədəd “İ-Watch” markalı saat və 3 ədəd qidalandırıcı başlıq aşkarlanıb.

Paylaş:
866

Son xəbərlər

Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18“Sako” ləqəbli tiktoker saxlanılıbBu gün, 13:09
Bütün xəbərlər