Övladlarına cizgi film personajlarının adını vermək istəyən valideynlər var | 1news.az | Xəbərlər
Cəmiyyət

Övladlarına cizgi film personajlarının adını vermək istəyən valideynlər var

12:38 - 01 / 03 / 2022
Övladlarına cizgi film personajlarının adını vermək istəyən valideynlər var

Vətəndaşlar övladlarına bir çox hallarda xarici teleseriallardakı adları da qoyurlar. Təcrübədə bu halla çox rastlaşırıq.

1news.az xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin əməkdaşı Nahid Səfərli “Adın, ata adının, soyadın dəyişdirilməsi” mövzusunda onlayn brifinqdə deyib.

O bildirib ki, Azərbaycanda xarici serialların və cizgi filmlərinin personajlarının adını övladlarına vermək istəyən ailələrin sayı artıb:

“Valideynlər bilməlidir ki, hansısa xarici ölkədə normal səslənən ad Azərbaycan dilində düzgün səslənmir və ya fərqli anlaşılır. Bu adlar kifayət qədər əcaib səslənir. Məsələn, Kiara, Alisa. Bu da gələcəkdə həmin uşaqların gülüş hədəfinə çevrilməsinə səbəb ola bilər”.

1news.az

Paylaş:
1329

Son xəbərlər

Əməkdar artist vəfat edib

06 / 06 / 2025, 13:25

Sabahın hava proqnozu

06 / 06 / 2025, 12:05

Çaylarda sululuq artıb

06 / 06 / 2025, 10:14
Bütün xəbərlər