DİN-dən vətəndaşlara yas mərasimləri ilə bağlı MÜRACİƏT
Daxili İşlər Nazirliyi (DİN) qapalı məkanlarda yas mərasimlərinin keçirilməsi ilə bağlı vətəndaşlara müraciət edib.
1news.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin İctimayətlə Əlaqələr və Kütləvi İnformasiya Vasitələri ilə İş üzrə Şöbənin rəisi Elşad Hacıyev bildirib ki, koronavirus (COVID-19) infeksiyası ilə bağlı dəfn mərasimləri istisna olmaqla, dini ritual xidmətləri, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkili və keçirilməsi qadağandır.
"Bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarı var. Hər kəsi qaydalara əməl etməyə çağırırıq", - deyə nazirlik rəsmisi qeyd edib.
1382