Son sutkada Azərbaycanda nə qədər vaksin vurulub? - STATİSTİKA | 1news.az | Xəbərlər
Cəmiyyət

Son sutkada Azərbaycanda nə qədər vaksin vurulub? - STATİSTİKA

Qafar Ağayev17:48 - 02 / 03 / 2022
Son sutkada Azərbaycanda nə qədər vaksin vurulub? - STATİSTİKA

Azərbaycanda son bir gündə koronavirus (COVID-19) əleyhinə 33 853 vaksin vurulub.

1news.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 948, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 800, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 28 376, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 1 729 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 051 721, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 302 581, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 788 753, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 2 752 545, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 207 842 nəfər təşkil edir.

Paylaş:
1446

Son xəbərlər

Bütün xəbərlər